Avroviziya mahnı müsabiqəsində daim bir-birinə yüksək xal verən Yunanıstan və Kipr arasında gərginlik yaranıb.

OLAY yazır ki, buna səbəb müsabiqənin finalında yunan xalqının Kiprə 4 bal göndərməsi olub. Sözügedən mövzuda sosial şəbəkələrdə müzakirələr açılıb, rəsmi şəxslər açıqlama yayıb və incəsənət nümayəndələri Yunanıstana etirazını bildiriblər.

4 bala görə iki ölkədə gərginlik!Sosial mediada məsələ “xəyanət” kimi qələmə verilib.

Qeyd edək ki, Kipri bu il Endryu Lambroy təmsil edib.  O, “Break A Broken Heart” mahnısı ilə yarışmada 12-ci olmuşdu. Yunanıstan isə bu il finala vəsiqə qazanmamışdı.

4 bala görə iki ölkədə gərginlik! 4 bala görə iki ölkədə gərginlik!