Türk musiqisinin əfsanəvi siması Ajda Pekkannın 1996-cı ildə yayımlanan albomu ilə bağlı qaldırdığı məhkəmə işi yekunlaşıb.

OLAY yazır ki, məhkəmə sənətçinin əsərlərinin rəqəmsal platformalarda icazəsiz istifadə edildiyinə qərar verərək yayımın dayandırılmasına hökm verib.

Qeyd edək ki, məşhur sənətçinin 1996-cı ildə öz adı ilə yayımlanan, tərkibində “Eğlen Güzelim”, “Dert Bende” və “Bitsin Bu Sevda” kimi unudulmaz mahnıların yer aldığı albom “Avrupa Muzik” və “Tempa Müzik” şirkətləri tərəfindən rəqəmsal musiqi platformalarında icazəsiz şəkildə istifadə etdiyini bildirərək vəkili Ergin Akçay vasitəsilə İstanbul Fikri ve Sınai Haklar Hukuk Mahkemesinə müraciət etmişdi.