Türk müğənni Hande Yener də iranlı qadınlara dəstək olub.
OLAY yazır ki, o, konsertində həmkarı Melek Mosso kimi saçlarını kəsərək sözügedən ölkədə etirazçı qadınların polislər tərəfindən öldürülməsinə üsyan edib.
“Bu gecə azadlığı üçün savaşan bütün qadınlar üçün... Onlara və dünyadakı bütün qadınlara azadlıq diləyirəm. Üzümüz gülsə də, ürəyimiz qan ağlayır”, - deyə, Hande bildirib.