Türkiyənin super-starı Ajda Pekkanın Kuruçeşme konsertində maraqlı anlar yaşanıb.
OLAY yazır ki, türk ulduz səhnədə olarkən güclü yağış yağmağa başlayıb.
Lakin Ajda küləyə və yağışa məhəl qoymadan oxumağa davam edib. O, islansa da, səhnəni tərk etməyib.