Ukraynanın məşhur rok qrupu “Okean elzi” Bakıda konsert verib.
OLAY yazır ki, onlar Heydər Əliyev Sarayında səhnə alıb. Qrupun konserti “Ukraynaya yardım” turu çərçivəsində baş tutub.
Konsertdə diqqət çəkən məqamlardan biri isə qrupun solisti Svyatoslav Vakarçuk ilə müğənni Vaqif Nağıyevin duet oxuması olub.
Qeyd edək ki, S. Vakarçuk “Qolos” yarışmasında V. Nağıyevin müəllimi olub.