Video
Video

“Şampan tökmə işini biz başlatmışıq”

“Şampan tökmə işini biz başlatmışıq”

Türkiyənin pop ulduzu Demet Akalın günlər əvvəl başına şampan tökdüyü klub işçisi ilə bir araya gəlib. Eyni məkanda səhnə alan sənətçi bu işi illərdir etdiklərini söyləyib:

“Canım, yaxşısan? Biz bu adamla 2018-dən bəri tanışıq. Bu şampan tökmə işini də biz başlatmışıq”.

Klub işçisi Demeti təsdiqləyərək, bu trendi ilk dəfə özlərinin başlatdığını deyib.

Sözügedən konsertdə Demetin makiyajını Anar Ağakişiyev edib. O, gecədə Demeti izləyənlər sırasında yer alıb. Hətta Akalın Ağakişiyevə şampan göndərib.

Həmin anları OLAY görüntüləyib.