Müğənni Rəqsanə İsmayılova ilk dəfə oğlu Məhəmmədəlinin üzünü ictimaiyyətə təqdim edib.  

OLAY yazır ki, sənətçi instaqram hesabının hekayəsində övladının görüntülərini paylaşıb.  

Kadrlarda Rəqsanə Məhəmmədəliyə böyük bacısı Aysun İsmayılovanın TikTok-da canlı yayımını göstərən anlar yer alıb. 

Qeyd edək ki, ifaçının oğlunun kiçik toyu iyulun 25-də baş tutacaq. 

https://twitter.com/olay_az/status/1550042305788256258?s=21&t=emiNp-z0sTxRU3l0hDiT4g