Video
Video

“Şanslısınız ki, sizin Ayaz kimi “star”ınız var”

“Şanslısınız ki, sizin Ayaz kimi “star”ınız var”

Xəbər verdiyimiz kimi Türkiyənin estrada ulduzu İrem Derici Bakıda konsert verib.

OLAY yazır ki, türk sənətçini izləyənlər arasında Ayaz Babayev də olub.

Uzun müddətdir instaqramda bir-birini izləyən iki məşhurun səhnədə dialoqu maraqla qarşılanıb. İrem Derici tamaşaçılara üz tutaraq “şanslısınız ki, sizin Ayaz kimi “star”ınız var” sözlərini qeyd edib. İrem Ayazla instaqramda olan münasibətlərindən bəhs edib.

O bildirib ki, onlar tez-tez bir-birlərinə şərh yazır, Dericinin ətrafı Ayazın ona sevgi münasibəti bəslədiyini deyir. Amma, İ. Derici bunun tam əksi olduğunu bildirib.