Video
Video

Nərmini Qəbələdə belə qarşıladılar - Video

Nərmini Qəbələdə belə qarşıladılar - Video

Müğənni Nərmin Kərimbəyova yay mövsümündə istirahətdən çox sənətinə yer ayırıb.

OLAY yazır ki, sənətçi günlər öncə Azərbaycanın diyar guşələrində konsert proqramı ilə çıxış edib. O, musiqili günlər artıq Gəncə, Qəbələ şəhərlərində baş tutub. Davamlı olaraq Lənkəran, Sumqayıtda da gözlənilir. Festivaldan olduqca məmnun qalan Nərmin fikirlərini belə ifadə edib:

 “Sayca 2-ci konsert Qəbələdə keçirildi. Çıxışım böyük izdihamla qarşılandı. Səhnədən insanların mahnılarımı mənimlə birgə ifa etdiyini görürdüm. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Konsert çox səmimi keçdi. Doğma Qəbələ məni sevgi ilə qarşılayıb yola saldı”.