Video
Video

“Pandemiyada bütün avtomobillərimi satmalı oldum” - Video

“Pandemiyada bütün avtomobillərimi satmalı oldum” - Video

Xalq artisti və iş adamı Emin Ağalarov koronavirus pandemiyası zamanı avtomobillərini satmalı olduğunu açıqlayıb. 

OLAY yazır ki, sənətçi bu haqda instaqram səhifəsində yayımladığı videoda danışıb. 

Ağalarov satdığı nəqliyyat vasitələri arasında “Hummer” markalı avtomobilin də olduğunu söyləyib:

“Uşaqlıqdan arzum idi ki, “Hummer”im olsun. 40 yaşlarımda olanda nəhayət istədiyimi tapıb ala bildim. Çox gözəl idi, almasam olmazdı. Amma bir o qədər də rahat deyildi. Çox da sürmədim. Əla görünürdü, uşaqlar da sevirdi. Sonra pandemiya başladı. Bütün maşınlarımı satmalı oldum. Onu da həmçinin. Daha sonra onu satın almaq istəsəm də, tapa bilmədim”.