Video
Video

Hamilə olduğunu açıqladı - Video

Hamilə olduğunu açıqladı -  Video

Model Valentina İvanova hamilə olduğunu açıqlayıb.

OLAY yazır ki, bu haqda Valentina instaqram səhifəsində video yayımlayıb. 

Görüntülərdə İvanovanın bir şəxslə telefonla danışarkən “Yadımdan çıxmışdı, hamilə olub-olmadığımı öyrənmək üçün test aldım. Testin nəticəsi olaraq hamilə olduğum məlum oldu” deməsi və elə həmin an Timatinin avtomobilə minməsi əks olunub.

Valentina bu açıqlamanın zarafat yoxsa həqiqət olması ilə bağlı heç bir şərh verməyib. 

Qeyd edək ki, Timati və Valentina İvanovalar təxminən üç ildir ki, görüşürlər. Son zamanlar sosial mediada da cütlüyün mümkün toyları haqda söhbətlər gedir. Timatinin əvvəlki münasibətlərindən - Alyona Şişkovadan 11 yaşlı Alisa və Anastasiya Reşetovadan altı yaşlı Ratmir adlı oğlan övladı var.