Rusiyanın məşhur reper Timati (Tumir İldaroviç Yunusov) sevgilisi, model Valentina İvanova ilə birgə Yaponiyaya tətilə yollanıb.
OLAY yazır ki, bununla bağlı Valentina instaqram səhifəsində fotolar paylaşıb.
Şəkillərdə Valentina və Timati Tokio küçələrində poza veriblər.
Xatırladaq ki, bir müddət əvvəl Timati və Valentinanın uşaq gözlədiyi barədə şayiələr yayılıb. Lakin sonradan İvanovanın özü bunu təkzib edərək, onları “yalan” adlandırıb. Bundan sonra o, idman zalından fotosunu yayımlayıb və bədən quruluşunu nümayiş etdirib.
Qeyd edək ki, Timati və Valentina İvanovalar təxminən üç ildir ki, görüşürlər. Son zamanlar sosial mediada da cütlüyün mümkün toyları haqda söhbətlər gedir.
Timatinin əvvəlki münasibətlərindən - Alyona Şişkovadan 11 yaşlı Alisa və Anastasiya Reşetovadan altı yaşlı Ratmir adlı oğlan övladı var.