Video
Video

“Əzizlərimdən çox təyyarə bələdçilərini görürəm”

“Əzizlərimdən çox təyyarə bələdçilərini görürəm”

Dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, Anar instaqram səhifəsində video yayımlayaraq iş qrafikinin həddən artıq ağır olduğunu bildirib.

“Səhər 07:30-dur. Sırağa gün Bakıda bir gəlin bəzədim. Elə həmin gündə yola düşdüm Amsterdama. Dünən Roterdam şəhərində gəlin bəzədim və dərhal yola düşüb Bakıya gəldim. İndi isə birbaşa işə gedirəm. İndi də Bakıda gəlin bəzəyəcəyəm. Bəzən deyirsiniz ki, Anar necədə gözəl yaşayır. Bilin ki, bu yaxşı yaşamağın arxasında belə məqamlar gizlənir. Mənə yaxın insanlardan və əzizlərimdən çox sərhədçilərimizi, təyyarə bələdçilərini görürəm. Sizdə yaxşı yaşamaq istəyirsinizsə işləyin” – deyə Anar vurğulayıb.