Video
Video

“Sülh səfiri olmaq istəyirəm” - Van Dammdan Putinə müraciət

“Sülh səfiri olmaq istəyirəm” - Van Dammdan Putinə müraciət

Bu yaxınlarda uşaq cinsi alveri işində müttəhim olan dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Damm Rusiya prezidenti Vladimir Putinə sosial şəbəkə vasitəsi ilə videomüraciət ünvanlayıb. 

OLAY yazır ki, 64 yaşlı aktyor Rusiyaya gəlmək və sülf səfiri olmaq arzusunda olduğunu açıqlayıb.

“Biz Rusiyaya gəlmək istəyirik və bunu etməyə, sülh səfiri olmağa çalışacağıq. Belə bir titula sahib olmaq mənim üçün şərəf olacaq. Gəlin bunu edək. Gəlin danışaq - siyasət yox, yalnız sülh, idman və xoşbəxtlik. Biz sizi sevirik, Rusiyaya, Putinə və onun ailəsinə böyük öpüşlər” – deyə,  Van Damm videoda bildirib.

Aktyor Putinə onunla görüşdüyünü də xatırladıb. Onların Rusiyada ən azı iki dəfə - 2007 və 2010-cu illərdə qarşılaşdıqları məlumdur. Onlar hər iki dəfə qarışıq döyüş növləri üzrə turnirlərdə rastlaşıb, orada söhbətləşib, birlikdə şəkil çəkdiriblər.

Sosial şəbəkələrdə yayılan videonun özündə aktyor ukraynalı iş adamı Aleksandr Onişenko ilə masa arxasında əyləşib. Onişenko instaqram səhifəsində Van Dammla fotosunu yayımlayıb, lakin videonun nə vaxt çəkildiyi dəqiq bilinmir.

Xatırladaq ki, bu yaxınlarda Jan-Klod Van Damm yetkinlik yaşına çatmayanlar da daxil olmaqla seks alverində iştirakda şübhəli bilinib. Rumıniyalı qadın iddia edib ki, 10 il əvvəl Kannda aktyor fahişəliyə məcbur edilən beş rumın qızın cinsi xidmətlərindən istifadə edib. Cinayət şəbəkəsinin təşkilatçısının 2022-ci ilin noyabrında saxlanılan model agentliyinin sahibi Kasta Morreli olan rumıniyalı iş adamı Morel Boli olduğu güman edilir. Aktyorun özü cinayətlərdə əli olması ilə bağlı məlumatı “absurd” adlandırıb.