“Reytinq mövzusunda bir neçə verilişdə hörmət etdiyim xanəndələr danışıb. Bu sözü efirdə mən səsləndirmişəm. Söyləmişəm ki, tamaşaçı məni aldadır. Bəli onlar sosial şəbəkələrdə bizi aldadırlar”.
OLAY yazır ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev deyib. Tolik onu tənqid edən aparıcılara cavab verib:
“Yazırlar ki, bayağı ifaçıları efirə çağırmayın, bizə mədəniyyətimizə, incəsənətimizə xidmət edən sənətçilər lazımdır, zövqlü musiqi dinləmək istəyirik. Bizi ucuz mahnı dinləmək istəmirik. Biz də bunu təqdim edirik. Bəs onda niyə səviyyəli insanlar proqramımda qonaq olanda siz digər telekanallardakı müğənnilərə baxırsınız? O xanəndələrdən xahiş edirəm ki, bu məsələləri efirdə yox, Azərbaycanda fəaliyyət göstərən “Marsa” şirkətinə şikayət edin. Onlara deyin ki, niyə xalqımızı aldadırsınız? Niyə icazə vermirsiniz ki, xalq öz musiqisindən zövq alsın? Onların quraşdırdığı 950 cihazın qurbanıyıq. Onlar da kimin evindədir bilmirik. Bayağı müğənnilərlə dolu olan verilişlər 4-5 reytinq verir. Hələ o proqramlara çıxıb mənim haqqımda danışırsınız. O aparıcı guya bilmir? Niyə özünü ağıllı göstərir? Sizin reytinqiniz özünüzünkü deyil. Səndən əvvəl yayımlanan proqramındır. Çünki ondan sonra başlayırsan. Mənim kimi əvvəlində bir veriliş olmasın, serialdan sonra 1 yarım, 2 bal yığ. Bilirsən ki, yığa bilməyəcəksən. 11 milyon əhali 950 cihazın qurbanına çevrilib. O cihazlar kimlərə görə həmin evlərdə quraşdırılıb?”.