Video
Video

Sinə əməliyyatından sonrakı halını paylaşdı

Sinə əməliyyatından sonrakı halını paylaşdı

Rus estradasının epotajlı ulduzu Byanka ötən gün keçirdiyi plastik əməliyyatdan sonrakı halını paylaşıb.

OLAY yazır ki, bıçaq altına uzanaraq sinəsini kiçildən sənətçi bununla bağlı instaqram səhifəsində videoaçıqlama yayımlayıb.

“Çox ağrımır. Amma üzüm çox ağrıyır. Ona görə də hələlik bunu sizə göstərməyəcəyəm ki, heç olmasa gününüz yaxşı keçsin”, - deyə Byanka bildirib. 

 Qeyd edək ki, 2024-cü ildə müğənni fenomenal transformasiyası ilə hər kəsi şoka salıb. Belə ki, 30 kiloqram arıqlayan Byanka liposaksiya etdirib.