Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini təqdim etməyə hazırlaşır.
OLAY yazır ki, sənətçi həmkarı Samir Piriyevlə bir araya gəlib.
Müğənnilər birlikdə “Sənin yanında” adlı mahnını ərsəyə gətiriblər.
Sözügedən mahnıya klip də artıq çəkilib.
Xalq artisti duetin anonsunu instaqram səhifəsində yayımlayıb.
Qeyd edək ki, sənətçilər həmin layihənin bu yaxınlarda təqdim olunacağını bildiriblər.