Video
Video

“İnstaqram rəhmətə gedib” - Xatirə

“İnstaqram rəhmətə gedib” - Xatirə

Müğənni Xatirə İslam “Instagram” sosial şəbəkə platformasından şikayətlənib.

OLAY yazır ki, bununla bağlı sənətçi sözügedən platformadakı səhifəsində video yayımlayıb.

Xatirə bildirib ki, instaqram rəhmətə gedib:

“İnstaqramla birlikdə yaxşı və pis günlərim olub. Xeyiri də olub, ziyanı da… Pis deyil idi, yaxşı idi, maraqlı idi. Amma indi “Instagram” rəhmətə gedib. Başsağlığı verirəm. Allah rəhmət eləsin. Sadəcə niyə rəhmətə gedib onu bilmirəm. Yəgin ki, xəstələnib. Axır qəmimiz olsun”.