Ölkəsində “xarici agent” statusu aldıqdan sonra Rusiyadan didərgin düşən yumorist Maksim Qalkin həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, Qalkin instaqram səhifəsində 75 yaşlı Puqaçovanın hovuz kənarında masa arxasında əyləşdiyi və sarı və ağ lalə buketi şəklində hazırlanan tortu nümayiş etdirdiyi video yayımlayıb.
Sarı çiçək festivalı Alla Puqaçovanın özünün yaratdığı ənənədir. Belə ki, hər martın ilk bazar günü o, rəngarəng libas geyinib təbrikləri qəbul edərək baharı salamlayır.
Qeyd edək ki, 2022-ci ildə Alla Puqaçova və Maksim Qalkin Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiya hakimiyyətinin hərəkətlərini pisləyərək uşaqları ilə birlikdə İsrailə köçüblər. Tezliklə Rusiya Ədliyyə Nazirliyi 48 yaşlı Qalkini xarici agentlər siyahısına əlavə etdi. Maksim xaricdə olarkən öz mövqeyini açıq şəkildə ifadə etməyə davam edir və sosial şəbəkələrdə ailə həyatının anlarını paylaşır.