Müğənni Sevda Sanaliyeva paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, son günlər arıqlaması ilə nəzərləri cəlb edən sənətçi mahnı sədaları altında rəqsinin videosunu instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Görüntülərdə Sanaliyeva rəqsi ilə bel və qarın hissəsinin necə incəlməsini əynindəki “top”la nümayiş edib.
Həkim – cərrahın adını videoya işarələyən Sevda bu nəticəni plastik əməliyyat keçirərək əldə etdiyini bir daha təsdiqləyib.
Qeyd edək ki, S.Sanaliyeva ötən ilin son aylarında görüntülərini sosial şəbəkə hesabında paylaşaraq pəhrizlə 12 kiloqram çəki atdığını bildirmişdi.