Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Facebook” sosial şəbəkə platformasının sahibi, milyarder Mark Zukerberqin həyat yoldaşı Prisçilla Çan 40 yaşını qeyd edib.
OLAY yazır ki, bir çox məşhurların yer aldığı təmtəraqlı gecədə Mark arvadı üçün şou göstərib.
Belə ki, Zukenberq instaqram səhifəsində yayımladığı videoda amerikalı musiqiçi Benson Bun rolunda arvadı üçün çıxış edib.
Mark ifaçının Qremmi Mükafatları mərasimindən viral nömrəsini birə-bir yenidən yaradıb. Bunun üçün isə Mark əyninə, göy rəngli payetli “mayo” geyinib və Buunun hərəkətlərini təqlid edərək “Beautiful Things” mahnısını ifa edib.
Ərinin bu sürprizi Prisçilla tərəfindən xoş qarşılanıb və o qonaqlarla birgə gülüb, əylənib.
Xatırladaq ki, Mark Zukerberq və Prisçilla Çan uzun illərdir birlikdədirlər: onlar 2003-cü ildə Harvardda oxuyarkən tanış olublar. 2012-ci ildə cütlük öz malikanəsində evləniblər. Cütlük üç qız böyüdür: Maksima, Avqusta və Aureliya.