Video
Video

Alsunun məşhur aktyorla qucaqlaşarkən görüntüləri yayıldı

Alsunun məşhur aktyorla qucaqlaşarkən görüntüləri yayıldı

Həftələr əvvəl Bakıda konsert proqramı ilə çıxış edən Rusiyanın estrada ulduzu Alsunun sosial şəbəkələrdə yayılan videosu gündəm olub.

OLAY yazır ki, görüntülərdə sənətçinin aktyor və aparıcı Konstantin Kryukovla parkların birində qucaqlaşması əks olunub.

Sözügedən kadrlar sosial şəbəkədə paylaşıldıqdan sonra müzakirələrə səbəb olub. 

İzləyicilər bu görüntünün Alsunun tezliklə təqdim edəcəyi yeni klipindən olduğunu yazıb.

Qeyd edək ki, Alsun ötən ilin sonlarında 18 illik evliliyinə son qoyub. İfaçı yəhudi əsilli bakılı milyarder həyat yoldaşı Yan Abramovdan boşanıb. Onların məhkəmə işi hələ də davam edir. Cütlüyün 2 qız və bir oğlan övladı var.