Dünya pop səhnəsinin ulduzu Castin Biber onun və model arvadı Hayli Biberin fotolarını çəkən paparatsiyalara əsəbiləşib və onların üstünə qışqırıb.
OLAY yazır ki, hadisə cütlüyün Los-Anceles restoranında birlikdə səhər yeməyi yedikdən sonra avtomobillərinə gedərkən baş verib.
Bu anı görüntüləmək üçün paparatsiyalar obyektivlərini işə salıb.
Castin fotojurnalistlərdən birinin ona təşəkkür sözlərini deməsinə qəzəblənib:
“Burada olmağı xahiş etmədiyim üçün mənə təşəkkür etməyiniz hörmətsizlikdir, bilirsiniz nə demək istədiyimi?”
“Sadəcə bizim üçün etdiyiniz hər şeyə görə təşəkkür edirəm” deyən fotoqraf özünə haqq qazandırmağa çalışıb və Biber buna kəskin cavab şəkildə cavab verib:
“Mən sadəcə deyirəm ki, sənin burada olmağını istəmirəm, ona görə də mənə təşəkkür edəndə bu, hörmətsizlikdir. Sadəcə şəkillər çək və öz işini gör, tamam?”
Fotomüxbir “Yaxşı” dedikdə Biber “Mən bunu qiymətləndirirəm” və avtomobilə minərək yola düşüb.