Video
Video

Aparıcı çəkiliş heyəti ilə ucqar kənddə çovğuna düşdü - VİDEO

Aparıcı çəkiliş heyəti ilə ucqar kənddə çovğuna düşdü - VİDEO

Aparıcı Leyla Mustafayeva Azərbaycanın ən ucqar kəndi Tulallara yollanıb.

OLAY yazır ki, bununla bağlı televiziya ulduzu instaqram səhifəsində video yayımlayıb.

Mustafayeva hava şəraitinin qarlı və şaxtalı olduğu həmin kəndlə bağlı bu sözləri deyib:

“Tulallar kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Hazırda havanın temperaturu mənfi yeddi dərəcədir. Burada çovğunla müşayiət olunan qarlı hava höküm sürür. Bu isə işimizi çətinləşdirib. Burada 15-20 santimetr qar yağıb. Gəl indi belə qarlı havada çəkiliş et. Bir adam belə tapa bilmirik ki, müsahibə alaq. Soyuq havaya görə hamı evə gedib. Əllərimiz, üzümüz, ayaqlarımız soyuqdan donub, tərpənə bilmirik. Avadanlığımız isə soyuğa tab gətirmir. Yollarda isə təhlükəli vəziyyətdir. Çəkilişimizi yarımçıq qoymaq məcburiyyətindəyik. Belə covğunda çəkiliş etmək çox çətindir. Bizə dedilər ki, bu cür hava şəraitinə görə təcili kənddən çıxmalıyıq yoxsa sonra şəhərə gedə bilməyəcəyik. Burada qalmalı olacayıq. Sürücümüz bizi şəhərə doğru aparır. Göz-gözü görmür, çox soyuqdur”.

Qeyd edək ki, Tulallar kəndi Göygöl rayonunun inzibati ərazi dairəsindədir.