Müğənni Xuraman Şuşalı qorxu dolu anlar yaşayıb.
OLAY yazır ki, buna səbəb sənətçinin evdən çıxarkən qazı bağlamaması olub.
Başına gələn bu hadisənin təfərrüatlarını Xuraman belə nəql edib:
“Həyatımın səhvini etdim. Uşaqlar üçün yeməyi qızdırırdım. Həyat yoldaşım da həyətdən tez-tez zəng edirdi ki, ad gününə gecikirik. Qazı söndürməmiş getmişəm. Üstündən iki saat keçdikdən sonra yadıma düşüb ki, qazı söndürməmişəm. Öldüm... Evdən çıxmamış da uşaqlara tapşırmışdım ki, “Ayət əl-Kürsi”ni əzbərləsinlər. Bəlkə 100 dəfə “Ayət əl-Kürsi” oxuyublar. Allaha qurban olum. Bir dəqiqənin səhvi, diqqətsizliyi. Uşaqlar iyi hiss etməsəydilər, görəsən, nə olardı?”