Video
Video

“TikTok və instaqramda bu şəxslər cərimələnsin” - Siyavuş Kərimi

“TikTok və instaqramda bu şəxslər cərimələnsin” - Siyavuş Kərimi

“Televiziyanın əsas funksiyası maarifləndirmək, mədəniyyəti təbliğ etməkdir, cəmiyyəti tərbiyənləndirib öz arxasınca aparmağı bacarmaqdır. Amma bu gün televiziya cəmiyyəti öz arxasınca aparmır, əksinə cəmiyyət nə istəyir, onu da cəmiyyətə verir. Mən televiziyaya çıxanda mənim 20 yaşım yox idi. Onda indiki kimi video görüntü yox idi. Hər zaman canlı yayım idi. Mən hər həftə ansambl ilə efirdə olurdum. İfa olunacaq repertuar əvvəlcədən müzakirə olunurdu, baxılırdı. Efirə gəlməmişdən əvvəl üzüm və geyimin təmiz olurdu. Hər şey qaydasında idi, çünki mənə efirdən milyonlarla insan baxırdı və mən onlar üçün nümunə olmalı idim. Bu gün televiziyaya müxtəlif geyimlərdə çıxa bilərsən. Orada etik normalardan uzaq danışıqlar eşidirik. Bunlar hamısı böyüyən gəncliyin tərbiyəsinə mənfi təsir göstərir. Cəmiyyət sağlam olmalıdır. Onun düşüncə tərzi və qabiliyyəti yüksək səviyyədə olmalıdır”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Siyavuş Kərimi qonaq olduğu “YouTube”da yayımlanan “Künc-bucaq” verilişində deyib.

Sənətkar bildirib ki, sosial şəbəkələrdə etik qaydaları pozanlar yüksək məbləğdə cərimələnməlidir:

“Təəssüflər olsun ki, bu gün sosial şəbəkələrə olan baxış televiziyadakı baxışı qat-qat üstələyir. Sosial şəbəkələrdə gözəl fikirlərdən başlayaraq ən nalayiq səviyyəyə qədər görmək olur. Sosial şəbəkələr nəzarətdə saxlanılır və belə də olmalıdır. Orada hansısa qadağalar qoyulmalıdır. Bu gün qadağalar və cərimələr var. Bu çox dəbdə olan mövzudur. Avtomobilləri cərimələməkdən bir az vaz keçərək sosial şəbəkələrdə yəni “TikTok”, “İnstaqram”, “Facebook” və digər platformalarda qeyri-etik normalara riayət etməyən və bu qaydaları pozan insanları cərimələmək lazımdır. Özü də çox böyük məbləğdə”.