Video
Video

Dostları Hüseyn Həsənovu liftdə qorxuzdular

Dostları Hüseyn Həsənovu liftdə qorxuzdular

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov qorxu dolu anlar yaşayıb. 

OLAY yazır ki, hadisə Hüseynin dostları ilə birgə çoxmərtəbəli binaların liftində baş verib. 

Belə ki, onlar Həsənovun klostrofobiyadan (qapalı məkan qorxusu - red.) əziyyət çəkdiyini bilə-bilə lifti 20-ci mərtəbədə ondan xəbərsiz dayandırıblar. 

Bu anda bloger liftin düymələrini bir-bir basmağa başlayıb. Az keçməmiş liftin qapıları açılıb və onlar liftən çıxıblar. 

Lifti tərk edən Həsənovun qorxudan bir neçə saniyəlik halı pisləşib. 

Həmin anları dostlarından biri telefonun kamerasına həkk ediblər. Bloger isə sözügüdən videonu instaqram səhifəsində “Mən liftləri sevmirəm. Aranızda onları mənim kimi sevməyənlər var? ” şərhi ilə yayımlayıb.