Türkiyənin pop ulduzu Hadise qonaq olduğu “YouTube”da yayımlanan İbrahim Selimin verilişində keçmiş sevgilisi Sinan Akçıl haqqında qalmaqallı açıqlama verib.
OLAY yazır ki, 2009-2010-cu illərdə Sinanla eşq yaşayan Hadise aralarında yaşanan şok hadisənin təfərrüatlarını üzə çıxarıb.
"Aramızda dava oldu, evdən çıxdım. Otelə getdim, arxamca gəldi. Ola bilər ki, ayrılıq prosesi başladı. “Telefonumu şarj edə bilərsənmi?” dedi. Birdən telefonda “Hər şeyi sinxronlaşdırmaq istəyirsən” kimi ekrana mesaj gəldi. Məndə “hə”yə basdım. Güzgüdə özünün çoxlu pozalarda çılpaq şəkillər çəkdiyi fotolarını gördüm. Bundan sonra uyğunsuz videosuna baxdım”, - deyə Hadise vurğulayıb.
Bu açıqlamalardan sonra Sinan Akçılın cavabı gecikməyib.
“Hekayəni tam olaraq belə xatırlamıram, amma nə olsun. Qadın sözünə görə heç nə demək olmaz. Onsuz da köhnə kitablar bağlanıb”, - deyə Sinan bildirin.
Qeyd edək ki, cütlüyün sevgi münasibəti 2010-cu ildə Hadisenin telefonunda Akçılın başqa qadınla qucaqlaşdığı görüntüləri tapması ilə sona çatmışdı.