“Əvvəllər mənə ünvanlanan o tənqidləri eşidəndə ürəyimə salırdım, fikir edirdim. İstəyirdim ki, məni tənqid edən insanların qarşısına keçim və onların haqqımda səhv düşüncədə olduqlarını sübut edim”.
OLAY yazır ki, bu sözləri müğənni Damla qonaq olduğu jurnalist Türkan Məmmədlinin təqdimatında RTV-də yayımlanan “Çərçivədən kənar” layihəsində deyib.
Sənətçi düşmənlərindən deyil ona (öz dili ilə desək) yaltaqlıq edən dostlarından uzaq gəzdiyini bildirib:
“Bu gün düşmənlərimlə savaşmaq yox, mənə yaltaqlıq edən dostlarımdan uzaq gəzirəm. Mənə yaxşı görünən, “sənin qadanı alım, başına dönüm, sən mükəmməlsən” deyən və durmadan yaltaqlıq edən dostlarımdan qorxuram. Artıq düşmənlərdən qorxmuram, çünki düşmən hər zaman açıq oyun oynayır. Düşmən hər zaman sənə qarşı olan mövqeyi bəllidir. Düşmən sənə açıq və aydın deyir ki, səni təpədən dırnağa kimi sevmirəm və qəbul etmirəm. Amma dostu anlaya bilmirsən, o yaltaqlığın içində nə var, sonu hara gedəcək, nə baş verəcək. Pis insanlardan yaxşılıq, yaxşı insanlardan da pislik gözləmirəm. Bir sözlə özümdə bütün gözləntilərimi “stop”lamışam. Heç kimdən heç nə gözləmirəm. Yalnız Allahdan istəyirəm və Allahdan gözləyirəm. Çünki insan haradan nə edəcəyini bəzən bilmir. O çərçivə deyilən anlamı aşır və daha sonra söhbətin arxasını və önünü yığışdıra bilmirsən. Ona görə də sevməyənlər sevməsinlər. Onlara nəyisə sübut etmək məcburiyyətini özümdə hiss etmirəm”.