Əməkdar artist Elza Seyidcahan bacıları müğənni Rasimə Seyidcahan və stilist Lalə Seyidcahandan söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.
Belə ki, Seyidcahan bacıları qonaq qismində proqrama dəvət alıb. Elza efirə gəlsə də, amma Rasimə verilişə gəlməyib.
Elza bacısının efirə gecikdiyini söyləyib.
Bu vəziyyətlə bağlı verilişin aparıcısının “Bir ara sizin bacılarınızla küsülü olduğunuz deyildi. Bəlkə indi də bacılarınızla aranızda soyuqluq var?” sualına E.Seyidcahan belə cavab verib:
“Qətiyyən bu belə deyil. Bacılarımla münasibətim yaxşıdır. Bizim hər zaman münasibətimiz yaxşı olub. Hər zaman harasasa gedəndə birgə getmişik. İndi ailə böyüyüb... O soyuqluluq hər bir ailədə olur. Bacım Laləni bu haqda danışdırmağa vadar etmişdirlər. Özü danışmamışdı onu danışdırmışdırlar. Bacımı aldadıb televiziyaya gətirmişdirlər və demişdirlər ki, sənin hazırladığın geyimlərindən efirdə danışacayıq. O da demişdir ki, bacım mənə qarşı soyuqdur. Amma bu belə deyil. Mən ona qarşı əslində soyuq deyiləm. Heç zaman bizim aramızda söz-söhbət olmayıb. İş orasındadır ki, heç vaxt söz-söhbət olmayıb. Heç vaxt!”.