Müğənni Nadir Qafarzadə paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi pirojki yemək üçün Bakının mərkəzi küçələrinə çıxıb.
Bununla bağlı Qafarzadə instaqram səhifəsində video yayımlayıb.
Nadir məhz küçədə hazırlanıb və satılan pirojki istəyini bu sözlərlə ifadə edib:
“Bu gün küçəyə çıxmışam. Bütün günü pirojki istəmişəm. Nəsə başıma vurub. Özü də ev şəraitində yox, məhz küçədə. Bir ara metro və vağzalda satılırdı. Yanından keçirdin yağın iyisi götütürdü aləmi. O pirojkini yemək istəyirəm. Yaxşı, səliqəli yox, “şəlpəqulaq” formasında pirojki istəyirəm. Onu dişləyirsən, adamın sifətinə dəyir. İndi də “Sahil” metrosunun yanından keçirəm. İstəyirəm o pirojkidən alım, amma nəsə tapmıram. Bu gün pirojki deyə-deyə öləcəyəm. Deyəcəksiniz ki, yekə kişidir, buna bax… Amma sizin də yəqin belə bir hal başınıza gəlib. Düyü, ətlə, ciyərlə, kartofla pirojki istəyirəm. Bu gün pirojkisiz qaldım”.