Müğənni Bahar Lətifqızının toyda başına iş gəlib.
OLAY yazır ki, məclisdə qonaqlardan biri sənətçinin çıxışına müdaxilə edib.
Həmin şəxs Baharın ifa etdiyi “Mən səni sevdiyim qədər” mahnısına irad tutub.
Baş verən bu olaya görən əsəbiləşən Lətifqızı gəldiyi məclisin toy yox, ad günü olduğunu bilmədiyini söyləyib:
“Gələndən bilməmişəm ad günüdür. “Mən səni sevdiyim qədər”dən gözəl mahnı var? Arxasınca da "Ad günü" oxuyacağam. Mənə toy aparmağı öyrədə bilməzsiniz”.
Həmin anlar isə lentə alınaraq sosial şəbəkədə paylaşılıb.