“Şou – biznesə gəldiyim ilk gündən o qədər daşlandım, təkləndim. İllər keçib indi artıq bu camiyəni - quzunu ovlamaq istəyirlər baxıb görürsən ki, bunun üçün onlar tülkü ilə onlar plan qururlar, cavanavarla gedib o quzunu tuturlar, çobanla o quzunun ən yağlı tikələri yeyirlər və ən sonda da quzunun sahibi ilə gəlib yas saxlayırlar. Şou – biznes əhli bax budur. Ona görə də özümü onların yanında görmək kimi məcburiyyətə soxmuram, çünki bilirəm ki, tülkü, canavar və çobanla baş-başa qalacağam və ən sonra mən məğlub olacağam. Mənim savaşlar üçün enerjim yoxdur. Savaş, dava-dalaş yox ruh insanıyam. Mən sakitliyi və rahatlığı sevirəm”.
OLAY yazır ki, bu sözləri Damla qonaq olduğu RTV-də yayımlanan jurnalist Türkan Məmmədlinin təqdimatında “Çərçivədən kənar” layihəsində deyib.
Sənətçi efirdə həmkarlarının qalmaqallarından bəhs edib:
“Verilişlərdə danışılan çayxana söhbətləri, yersiz danışıqlar, lazımsız mövzulara toxunmaq mənə çox sıxıcı gəlir. Həmkarlarım bir-birini efirdə çox ağır sözlərlə təhqir edirlər. Düşünürəm ki, ən insani davranış və hərəkət bir insanın pis duruma düşməsinin qarşısını almaqdır. Baxırsanki bir insan bu dəqiqə pis vəziyyətdədir və onu o vəziyyətdən qarşısı almaqdır nəyin ki, o insanı ələ salmaq, alçatmaq, ailəsinə, şəxsisinə nalayiq sözlər demək. Ən asan iş məsləhət verməkdir. Ən çətin anlayası isə ibrətdir. Adamına baxırsan. Verdiyin məsləhət və onun alacağı ibrət ağırdır. Bunu isə efirdə danışmaq, çeynəmək, o mövzunu sosial şəbəkədən efirə gətirmək, efirdə o mövzunu iyrənc formada dartıb uzatmaq... Mən bunu başqa cür görmək istəyirəm. Artıq efirlərə az – az çıxıram. Heç zaman heç kimi efirdə təhqir eləməmişəm. Kimə nə sözüm varsa kənarda demişəm”.