“İstərdim ki, atam yanımda olsun. Ona çox ehtiyacım var. İndi anam baxıb deyəcək ki, atasını çox istəyir və onu yada salır. Amma mənim onun üzərində çəkdiyim əziyyəti demir. Anamında bu günki gün atama ehtiyacı var”.
OLAY yazır ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Gün ortası” verilişində deyib.
Mərhum atasından söz açan sənətçi kövrələrək, göz yaşı axıdıb:
“Yaş üstünə gəldikcə qadın istəyir ki, onun yanında atası, həyat yoldaşı olsun. Nədənsə inciyib, küsəndə başını çiyninə qoyasan və biləsən ki, yanında kişi nəfəsi gəlir. Atam yataqda xəstə olardı amma sağ olardı, nəfəsi gələrdi. Evdə kişi xeylaqının olması ruzi, bərəktdir. Ailədə kişi olmayanda ev dağılır. Həqiqətən dağılır. Həyatda kim olursan ol amma sənin yanında arxan olmalıdır”.