Video
Video

Alsunun qızı atasına müraciət etdi

Alsunun qızı atasına müraciət etdi

Rusiyanın estrada ulduzu Alsunun 16 yaşlı qızı Mikella Abramova atası yəhudi milyarder iş adamı Yan Abramova müraciət ünvanlayıb.

OLAY yazır ki, bununla bağlı sənətçinin qızı sosial şəbəkə hesabında video yayımlayıb.

Valideyninin 47 yaşı tamam olması münasibəti ilə qızı dünya ulduzu Meray Kerrinin repertuarında yer alan “My all” (Mənim hər şeyim) adlı hitini pianoçunun müşayiəti ilə akapella şəklində ifa edib.

Həmin anları izləyiciləri ilə bölüşən Mikella atasını bu sözlərlə təbrik edib:

“Bu gün atamın ad günüdür. Mən səni çox sevirəm. Hər şey üçün təşəkkürlər!”

Qeyd edək ki, avqustun 27-də Alsu və Yan Abramov 18 il davam edən evliliklərini sonlandırıblar. Onlar rəsmi şəkildə boşanıblar. Məhkəmənin qərarına əsasən, üç övlad ailə dağılandan sonra anaları ilə birlikdə yaşamağa hüquq qazanıblar. Jurnalistlərlə söhbətində Alsu, uşaqların ataları ilə dost münasibətdə qaldıqlarını bildirib.