Video
Video

Şəbnəmdən toydakı kişilərə qadağa!

Şəbnəmdən toydakı kişilərə qadağa!

“Toya gediriksə, məclisi şənləndirməliyik, insanlara xoş aura bəxş etməliyik, gözəl canlı ifalar təqdim etməliyik. Heç zaman canlı ifadan qaçan olmamışam. 6-7 saatlıq toyun əksər hissəsini canlı oxuyuram. Amma o toy yiyəsi bəlli məbləğ verib məni məclisinə çağırırsa, mənim populyar mahnılarıma, bu gün Şəbnəm Tovuzlu olduğuma görə çağırır. Ona görə də toyda ən azı 5-6 ifam fonoqram olur. Təbii ki, bu da olmalıdır”.

OLAY yazır ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Həmin Zaur” verilişində deyib.

Sənətçi toylarda onu əsəbiləşdirən hadisələrdən danışıb. İfaçı bir müddət əvvəl məclislərin birində qonaq bəylə arasında olan qalmaqaldan bəhs edib:

“Əgər mən toyda o fonoqramları oxuyanda qonaqlardan biri özünü unudub, özündə olmayıb ya özündə olub əl-qol, aqressiya ilə mənimlə danışanlara həddini bildirirəm”.

Şəbnəm bildirib ki, toylarda kişi qonaqlarla tək şəkil çəkdirmir:

“Toy başlamazdan əvvəl mikrofonla deyirəm ki, bəylər yalnız xanımları ilə yaxınlaşıb mənimlə şəkil çəkdirə bilər”.