Türkiyənin məşhur aktyor cütlüyü Burak Özçivit və Fahriye Evcen birlikdə Moskvaya yollanıb.
OLAY yazır ki, bu haqda StarHit nəşri məlumat yayıb.
Burakın Moskvaya gəliş səbəbi Rusiyanın “Yeni İl” serialında baş rolda oynamağıdır.
Layihə “Mən sizinlə uzun müddət olacağam” adlanır. Süjet xəttinə görə, Burakın qəhrəmanı gözlənilmədən Yuliya Kalaşnikovanın oynadığı Marinaya baş çəkmək üçün Rusiyaya gəlir və sonra onları bir sıra gülməli və təsirli vəziyyətlər gözləyir. Serialın ilk bölümünü 2025-ci ilin ilk günlərində nümayişi gözlənilir.
Burakın başı seriala qarışdığından həyat yoldaşı Fahriye paytaxt ətrafında gəzməyə gedib. O, Qırmızı Meydanı, Tretyakov Qalereyasını və Stanislavski Teatrını ziyarət edib.