22 noyabr taxirində premyerası baş tutan Amerika istehsalı olan Jon Çunun rejissorluğu ilə ərsəyə gələn epik musiqili fantaziya filmi “WICKED” (Qəzəbli: Qərb cadugərinin nağılı) rekorda ibza atıb.
OLAY yazır ki, ekran işi 3 gündə dünya üzrə 164,2 milyon dollar gəlir əldə edib.
Beləliklə, bədii əsər, artıq 150 milyon dollarlıq büdcəsini keçib.
Qeyd edək ki, film Oz adlı ölkənin iki cadugəri üzərində cəmlənir: Qərbin gələcək Pis Cadugəri olan yaşıl dərili qovulmuş qız Elfaba və sonradan Şimalın Yaxşı Cadugərinə çevrilən cazibədar və iddialı qız Qlinda - böyüyən iki qızın hekayəsindən, onların bir sevgili uğrunda mübarizədə rəqabətindən, eləcə də Oz ölkəsinin sakinlərinin səyləri ilə Elfabaya qarşı qoyulan Sehrbazın zülmünə qarşı mübarizədən bəhs edir.