Şairə və qiraətçi Nazilə Səfərli qağıdalının saçağını yeməsi ona baha başa gəlib.
OLAY yazır ki, bu hərəkətinə görə izləyicilərin qınağı və tənqidi ilə üzləşən sənətçi bununla bağlı instaqram səhifəsində videoaçıqlama yayıb.
Səfərli bu mövzuda fikirlərini belə nəql edib:
“Qarğıdalının saçaqlarını yeməyim çox insanın təəccübünə səbəb olub. Siz itin, pişiyin, atın, eşşəyin, donuzun, toyuğun əti və sümündən hazırlanmış kolbasa və sosiskanı yeyəndə mən sizə bir söz deyirəm? Heç nə demirəm. Qarğıdalının saçağıdır... Çinlilərə baxıb, gördüm ki, onlar yeyirlər. Məndə dadına baxdım, xoşuma gəldi, yedim. Əgər saçaqları dəmlənilirsə demək ki, yeməlidir. Bundan sonra qarğıdalını, noxudu, buğdanı da çiy yeyəcəyəm. Qab almışam. Onları orada cücərdib, yeyəcəyəm. Ürəyim belə istəyir. Ağız dadı nə zamandan müsakirə olunur. Mən bunu özümə aid həyat tərzimi instaqram səhifəmdə paylaşıram. Neyləyim? Qısa ətəyim, büstqalterli libasım yoxdur. Nə paylaşım? Mən yetim dağda – daşda yaşayan insanam. Məndən nə istəyirsiniz?”