Rusiyanın NTV kanalında yayımlanan “Avatar” şousunun üçüncü mövsümü maraqlı anlarla yadda qalıb.
OLAY yazır ki, televiziya layihəsinin münsifləri “Karabas-Barabas” obrazı altında çıxış edən sənətçinin kimliyini müəyyən ediblər.
Belə ki, avatarın arxasında Xalq artisti Elçin Əzizov olduğu üzə çıxıb.
Opera və vokal ifaçısı, instaqram səhifəsində yer aldığı şounun kulisindən çəkilən görüntüləri yayımlayıb.
Qeyd edək ki, E.Əzizov NTV telekanalında yayımlanan “Maska” şousunda da “Mandrill” obrazı arxasında finala qədər yüksəlib.