Opera və vokal ifaçısı Lətifə Soyuöz arıq qalmasının daha bir səbəbini açıqlayıb.
OLAY yazır ki, sənətçi instaqram səhifəsində restorana gedərkən özü ilə şəkərsiz şirniyyatlar apardığını bildirib.
Bununla bağlı Lətifə instaqram səhifəsində video yayımlayıb.
Sözügedən görüntülərdə Soyuözün restoranların birində bir fincan qəhvəni çantasından çıxartdığı şəkərsiz şirniyyatı dadaraq, içdiyi əks olunub.