Video
Video

“50 yaşdan sonra şəxsi həyatdan danışmaq ayıbdır”

“50 yaşdan sonra şəxsi həyatdan danışmaq ayıbdır”

“Mən heç kimdən küsməmişəm. Küsmək məsələlərinə diqqət vermirəm. Bu kimi şeylər məni yaralamır. Mənim sənətə olan münasibətim dəyişdi. Uşaqlıqdan müğənni olmaq, səhnələrdə oxumaq mənim ən böyük arzum idi. Təəssüf ki, bilmədim bu sənət necə çirkli və qəddardı. Bu sənət yaxşı insanlar üçün deyil. Yaxşı və səmimi insan bu sənətdə yaşaya bilmir, onu yox edirlər. Fikir versəniz görərsiniz ki, bu səhnə gerçəkliyi qəbul eləmir, yalnız süniliyi qəbul edir. Təbii güllər belə bu sənətdə pis görsənir. Süni güllər isə gözəl. Səhnəyə çıxan insan maskalanır, özü deyil. O səhnəyə çıxanda maskanı taxır”.

OLAY yazır ki,  bu sözləri uzun zamandan efirlərə çıxmayan müğənni Samir Bağırov qonaq olduğu “Gün ortası” verilişində deyib.

Sənətçi səhnədən uzaqlaşmasının səbəbindən söz açıb:

“Mən yenidən gəlmək istədim bu sənətə. Amma bilmədim niyə uzaqlaşdım. Sadəcə belə alındı. Beynimdə unutdum ki, mən müğənniyəm və oxumağı bacarıram. Beynimdə sanki kimsə “pausa” düyməsini basdı və mən dayandım. Pul qazanmaq iştahdan aslıdır. Mənə çox pul lazım deyil ki, özümü xoşbəxt hiss edim. Mənim böyük iştahım yoxdur. Məndə o maskanı taxırdım. Hiss edirdim ki, məndə elə bir hərəkət edə bilərəm ki, sonra bu hərəkətimə görə peşmanlıq yaşayaram və özümü tənqid edərəm. Mən zəyif deyiləm. Sadəcə mən müsbət və səmimi insanam. Zəhləm gedir yalan danışmaqdan. Amma bu sənətdə məcbursan yalan danışasan. Bu isə mənim tərzim deyil”.

Aparıcı Zümrüd Bədəlovun “Söhbət gəzirdi ki, Samirin həyatında böyük eşq var. Başınız o sevgiyə qarışıb və bu səbəbdən sənətdən uzaqlaşmısınız” sözlərinə Samirin cavabı belə olub:

“50 yaşdan sonra şəxsi həyatdan danışmaq ayıbdır. Mən ötən günlərimi qayıtmasını istəmirəm. Keçmişlə yaşamaq olmaz. Gəcəklə də yaşamaq olmaz çünki biz bilmirik sabah bizi nə gözləyir. Fikrimcə hər kəs bu dünyaya elə belə gəlmir. Hamının bir missiyası var. Ən vacib iş bu həyatda özünü tanımaq və “bu dünyaya niyə və nə üçün gəlmişəm” anlamaqdır. Kef eləmək üçün yox... Mən varam, oxuyuram, şou proqramlar agedirəm. Sadəcə... Mənə şou-biznes sözü xoş deyil. Mən sənətlə biznesi bir-birinə uyğun görmürəm və bunun birləşməsini anlamıram. Mən başqa heçnəyi bacarmıram. Bilsəydim ki, bu sənət belə olacaq başqa sənətlə məşğul olardım. Əlbətdə ki, mən çıxacağam oxuyacağam amma kənarda... Mən qalmaqalları, bahalı avtomobillər və sayra istəmirəm. Demirəm ki, bahalı həyatı istəmirəm olsa olsun... Amma bilmirəm, qorxuram. Belə sakit və kənarda olmaq mənə rahatdır. Mən normalam, xoşbəxtəm. Mənim eqom sakitləşib. Eqonu şeytan yaradır. Mənim şou-biznesdə heç bir düşmənim yoxdur. Mən hamı ilə mehribanam”.