Müğənni Nadir Qafarzadə paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi Dənizkənarı Milli Park ərazisində mərhum Xalq artisti Mirzə Babayevin repertuarında yer alan “Kəpənək” mahnısını velosiped sürərək ifa edib.
Qafarzadə həmin anları instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Nadir sözügedən paylaşıma ““COP29”a hazırıq! AzTV” qısa şərhini yazıb.
Qeyd edək ki, 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox “COP29” kimi tanınan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransıdır. COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. 11-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir