Video
Video

“İnsanların yaşayışı, evləri qalıb suyun içində” - Murad

“İnsanların yaşayışı, evləri qalıb suyun içində” - Murad

Bəstəkar - müğənni Murad Arif bir neçə gün əvvəl Bakıda aramsız yağışın törətdiyi fəsadlar barəsində paylaşım edib.

OLAY yazır ki, sənətçi instaqram səhifəsində bununla bağlı videomüraciət yayımlayıb. 

M.Arif videomüraciət vasitəsi ilə baş verən təbiət hadisəsindən sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırması ilə bağlı adiyyatı qurumlara səslənib: 

“Baxıram “TikTok”da camaat videolarını paylaşıb. Evləri, yaşayışı suyun içində qalıb. Qəpik-qəpik toplayıb, zülmlə aldıqları televizor, soyuducu, paltar yuyan maşın, mebelləri qalıb suyun içində. Bu insanlara dəyən ziyan necə, harada, kim və hansı qurum ödəyəcək? Can dərdi, süründürməçiliklə, min dənə sənəd toplamaqla, tələb etməklə ya ödəyəcəklər ya da ki “ya qismət”. Görəsən yolların, kanalizasiyanın bu səviyyədə işləməməsinə görə məsul olan şəxslər cəzalanacaqlar?”