Müğənni İntiqam Kərimov plastik və estetik əməliyyat etdirən həmkarlarını tənqid edib.
OLAY yazır ki, bu haqda 64 yaşlı sənətçi qonaq olduğu “İncə səhər” verilişində danışıb.
Kərimov bildirib ki, həmkarlarını görünüşlərini düzəltməkdənsə ilk növbədə ifaçılıq sənətini öyrənsinlər:
“Necə istəyirlərsə elə də olsunlar. Təki özlərinə xoş olsunlar. Birisi var arıq birisi də var ki, kökəlmək istəyir. Biri də istəyir ki, bədən quruluşunu əməliyyatla düzəltsin. Hər kəsin öz işidir. Əgər bu sənət adamına aitdirsə əvvəlcə gedib sənəti, düzgün oxumağı öyrənsin sonra çıxıb bədənini göstərər camaata. Səsi olmayan ifaçılar səs yazma studiyalarında söz bə söz mahnını yazdırırlar sonrada bədənini əməliyyatla düzəltdirib çıxırlar efirə”.