Video
Video

Xatun bu yolla arıqlayıb

Xatun bu yolla arıqlayıb

“Mənə arıq da, kök də “Necə arıqladın?” sualını verir. Mən səhnə adamı olduğuma görə… Birazda səhhətimdə problemlər yarandı. Günortaya kimi işdahım olmur. Axşam 21:00-dən sonra müəyyən həyacanlı vaxt keçəndən sonra işdaham açılır. Bu isə gecə 03:00 kimi davam edir. Məni ən çox kökəldən də rejimsiz qidalanmağımdır”.

OLAY yazır ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “El canlı” verilişində deyib.

Sənətçi bildirib ki, 21 gün ciddi pəhriz saxlayıb və bunun nəticəsində nəzərəçarpacaq dərəcədə arıqlayıb:

“Mən heç bir plastik əməliyyat etdirməmişəm. Sadəcə ödümdən əməliyyat olunmuşam. Mənə ciddi pəhriz yazıldı və nəzarət altında idim. O vaxt isə Məhərrəmlik ayına nəsib düşdü. Demək olar ki, pəhrizə ciddi riayyət etdim. Demək olar ki, ən çətin bir ayın 21 günü oldu. Ən çox su və qatıqdan hazırlanan kefir, bulyonlar və proteinlər qəbul etdim. Bu yollada mən arıqladım”.