Əməkdar artist Lalə Məmmədova həmkarı İzzət Bağırov haqqında etirafı ilə diqqət çəkib.
OLAY yazır ki, bu sözləri sənətçi “İzzət şou”da qonaq olarkən deyib.
Məmmədova bildirib ki, bir İ.Bağırov bir də Aynur Dadaşovanın çoxsayda pərəstişkarları olub:
“İzzətin yaradıcılığına azdan – çoxdan bələdəm. İllər əvvəl verilişdən bir yerdə çıxırdıq və pərəstişkarların əlindən İzzəti ala bilmədik. Əvvəllər AzTV bizim üçün avtobus ayırdı. Çünki iştirak elədiyimiz veriliş o televiziyanın verilişi idi. O zamanlar bir İzzətin bir də Aynur Dadaşovanın çoxsayda fanatları vardı. Əslində bir nəsil onların səsi ilə yetişib. Məndə həmin verilişə onları görüb, həvəslənib gəlmişdim. Onlar qalib olmuşdurlar məndə o verilişə çıxıb, qalib olmaq istəyirdim”.