Video
Video

“Allahdan “Təranəni mənə möhtac elə” istədim” - Kərim

“Allahdan “Təranəni mənə möhtac elə” istədim” - Kərim

Müğənni Kərim Abasov keçmiş həyat yoldaşı, hazırda həbsdə olan prodüser Təranə Səmədova ilə bağlı açıqlaması ilə gündəm yaradıb.

OLAY yazır ki, “Rəngarəng” verilişində qonaq olan sənətçiyə aparıcı Zaur Nəbioğlunun “Təranə Səmədovanı bağışlamısan?” sualını ünvanlayıb.

Abasovun cavabı isə belə olub:

“Mən Təranə Səmədovanı bağışlamamışam. Bir insanki ağlayaraq sənə zəng edib yalvarırsa (Təranəni nəzərdə tutur – red.)... Sənin də zamanında ağlayıb Allahdan ədalət istəməyin ki, bu qədər vuruluram, təhqir olunuram və heçnə də edə bilmirəm. Bəli, Allahdan “Təranəni mənə möhtac elə” kəlməsini istəmişəm. Şeytan onun beynini alıb, elədi... Əybi yox... Amma Təranəni bağışlamaq mümkün deyil. Amma insanlıq xatirinə yardımımı edəcəyəm”.

Qeyd edək ki, yay aylarında Kərim Abasov həbsdə olan Təranə Səmədovaya ərzaq yardımını edib. Bu anlar isə lentə alınaraq sosial şəbəkələrə paylaşılıb.