Video
Video

“Uşaq efirdə səslənən meyxanadan nə götürsün?”

“Uşaq efirdə səslənən meyxanadan nə götürsün?”

“Bənövşə Uşaq Xoru fəaliyyətini dayandırıb. Uşaqlarımıza efirdən bir mahnı izlədə bilmirik. Efirdə ancaq meyxana və o tipli “çaqqa-çukka” mahnıları varsa, uşaqdan nəyi tələb edirsən?”

OLAY yazır ku, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Sayqa ilə... ” verilişində deyib. 

Sənətçi efirlərdə səslənən meyxana tipli mahnıların uşaqların tərbiyəsinə mənfi təsir etdiyini vurğulayıb: 

”Efir hər kəsin evinə girir. Amma meyxana ilə olan mahnıları bir damcı səsləndirən kimi hamısı xorla oxudu. Çünki televiziyada bunlar yayımlanır. Günah elə televiziyadadır. Reytinqə görə həmin müğənniləri çağırırlar”.