Video
Video

Dilarə verilişdə üzləşdiyi xoşagəlməz hadisədən danışdı

Dilarə verilişdə üzləşdiyi xoşagəlməz hadisədən danışdı

Müğənni Dilarə Kazımova verilişlərin birində başına gələn xoşagəlməz hadisənin pərdəarxası məqamlarından söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Özəl” verilişində danışıb.

Dilarə bildirib ki, adını açıqlamaq istəmədiyi proqramların birində aldadılıb:

“Verilişə çıxmamışdan əvvəl köməkçim onlarla danışıb ki, əgər verilişin formatı köhnə olarsa, mən qatılmayacağam. Lakin ordan bildiriblər ki, format tam şəkildə yaradıcılığla bağlı olacaq və komanda şəkildə dəvət olunursunuz. Verilişdə yaradıcılığla bağlı suallar verilməsi əvəzinə tam başqa mövzu ilə rastlaşdım. Heç mənə komanda barədə danışmağa söz vermədilər, hətta veriliş başlayanda hər zaman qalmaqaldan uzaq olmağıma baxmayaraq, məni bu mövzuya qatmaq istədilər. İstəsəydim, efiri tərk edə bilərdim. Buna baxmayaraq, kanala olan hörmətimi göstərərək, verilişin sonuna qədər qaldım” , - deyə, Kazımova bildirib.